...

Naxçıvan Muxtar Respublikasında hüquqpozmalar üç dəfə azalıb-Ali Məclisin sədri

Siyasət Materials 17 Dekabr 2008 12:01 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında hüquqpozmalar üç dəfə azalıb-Ali Məclisin sədri

Azərbaycan, Naxçıvan, 17 dekabr / Trend müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin altıncı sessiyasındakı çıxışında Məclis sədri Vasif Talıbov bildirib ki, respublikada cinayətlərin sayı azalıb.

"Muxtar respublikanın cinayətsiz region, Naxçıvan şəhərinin isə təhlükəsiz şəhər olması istiqamətində hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsi nəticəsində ötən ilin 11 ayında 49 cinayət hadisəsi qeydə alınmışdısa, bu ilin müvafiq dövründə hüquqpozmaların sayı üç dəfə azalaraq 16 hadisə təşkil edib" - deyə Talıbov bildirib.

Məclis sədri 2008-ci ildə də Muxtar Respublikada hüquq mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırıldığını və onların maddi-texniki bazasının möhkəmləndirildiyini bildirib. "İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması diqqət mərkəzində saxlanılıb. "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Muxtar Respublikanın Qanunu qəbul edilib və həmin Qanun əsasında Vəkillər Kollegiyası fəaliyyətə başlayıb" - deyə Talıbov qeyd edib.

Onun sözlərinə görə, 2006-2008-ci illər ərzində Muxtar Respublikada ümumilikdə 637 yeni iş yeri açılıb, hakim ştatlarının sayı isə 29-dan 36-ya qaldırılıb.

Trend -un arayışı: Naxçıvan MR-in sahəsi 5,5 min kvadrat kilometrdir ki, bu da ölkə ərazisinin 6,4%-ni təşkil edir.

Naxçıvan 7 inzibati rayondan ibarətdir: Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli. əhalisi 380,2 min nəfərdir. Paytaxtı Naxçıvan şəhəridir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti