...

Azərbaycanda gedən proseslər Konstitusiya islahatlarına ehtiyac olduğunu ortaya cıxardıb-hakim partiyanin icra katibinin müavini

Siyasət Materials 19 Dekabr 2008 12:04 (UTC +04:00)
Azərbaycanda gedən proseslər Konstitusiya islahatlarına ehtiyac olduğunu ortaya cıxardıb-hakim partiyanin icra katibinin müavini

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası Konstitusiyaya dəyişiklikləri müsbət qiymətləndirib.

"Azərbaycan Konstitusiyası qəbul olunandan sonrakı müddətdə istər dünyada, istərsə də Azərbaycanın iqtisadi-siyasi həyatında gedən proseslər Konstitusiya islahatlarına ehtiyac olduğunu ortaya çıxardıb. Bu səbəbdən 29 maddədən ibarət Konstitusiya layihəsinə əlavə və dəyişikliklər olunması üçün məsələ gündəliyə çıxarılıb" - cümə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə ildə isə əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla (maddə152) qəbul edilə bilər.

Azərbaycan Konstitusiyasının mətnində dəyişiklikləri Milli Məclis və ya Azərbaycan Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Konstitusiya Məhkəməsinin (maddə153) rəyi alınır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən ayın ortalarında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə tətbiq olunan məhdudiyyətin ləğv olunması üçün referendum keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar YAP-ın təklifini dəstəkləyib.

Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Dəyişiklikliklərdə həmin bənd çıxarılıb. Prezidentin səlahiyyət müddəti beş ildir.

Konstitusiyaya edilən digər dəyişikliklərdə bələdiyyələrin parlament qarşısında hesabat verməsi, eks-prezidentin statusunun müəyyənləşdirilməsi də var. Konstitusiyaya edilən dəyişiklik parlamentin bugünki iclasında müzakirə ediləcək.

Milli Məclis Aparatının qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə deyib ki, Konstitusiya Məhkəməsi rəy verəndən sonra Milli Məclis referendumun vaxtını müəyyənləşdirəcək.

Novruzovn sözlərinə görə, Konstitusiyaya dəyişikliklərdə iqtisadi, sosial sahələr, eləcə də bələdiyyələr, qanunverici orqan, Nazirlər Kabineti, ali icra hakimiyyətinin ayrı-ayrı strukturları ilə bağlı məsələlər öz əksini tapıb.

"Bu dəyişikliklər zərurətdən irəli gəlir" Novruzov əlavə edib.

Müxalif Böyük Quruluş Partiyası (BQP) da Konstitusiyaya edilən dəyişiklik və əlavələri ümumilikdə müsbət qiymətləndirib.

"Konstitusiyaya edilən dəyişikliklərdə müsbət məqamlar var" sümə günü Trend -a BQP sədri Fazil Qəzənfəroğlu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti