...

Azərbaycan xalqı Konstitusiyaya dəyişiklik edilməsinin lazım olub -olmadığını özü müəyyən edəcək – Prezident Administrasiyasının şöbə müdiri (video)

Siyasət Materials 24 Dekabr 2008 12:47 (UTC +04:00)
Azərbaycan xalqı Konstitusiyaya dəyişiklik edilməsinin lazım olub -olmadığını özü müəyyən edəcək – Prezident Administrasiyasının şöbə müdiri (video)

Azərbaycan, Bakı, 24 dekabr/ Tren müxbir C.Babayeva/ Azərbaycan xalqı Konstitusiyaya dəyişiklik edilməsinin lazım olub - olmadığını özü müəyyən edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın Prezident Administrasiyası ictimai - siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Konstitusiyaya dəyişikliyin edilməsi ictimai və siyasi təşəbbüs idi və dəstək qazandı. Hər bir kəsin bu dəyişiklikləri həm dəstəkləmək, həm də ona etiraz etmək hüququ var", - deyə Həsənov bildirib.

Konstitusiya Məhkəməsinin plenumu bu gün "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklərin edilməsi haqqında" Referendum Aktı layihəsi üzrə məsələni nəzərdən keçirəcək.

Azərbaycan Parlamenti ötən həftə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran maddəni Konstitusiyadan çıxarıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyalarının cümə axşamı keçirilən birgə iclasında "Konstitusiyaya əlavə və dəyişiklək haqqında Referendum Aktını" qəbul edib və onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə Parlament 101-ci maddənin 5-ci bəndini Azərbaycan Respublikası Konstitusiyasından çıxarıb. Bu bəndə əsasən heç kim dövlət başçsı vəzifəsinə ardıcıl olaraq iki dəfədən artq seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Prezidenti səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiya digər dəyişikliklər 108 maddə - əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Apparatının Prezident Administrasiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti