...

Mixail Saakaşvili prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə Konstitusiyaya düzəlişlər təklif edir

Siyasət Materials 26 Dekabr 2008 11:37 (UTC +04:00)
Mixail Saakaşvili prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə Konstitusiyaya düzəlişlər təklif edir

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Parlamenti dövlət başçısının prezidentin hüquqlarının məhdudlaşdırılması və ali qanunverici orqanın rolunun gücləndirilməsi ilə bağlı Konstitusiyaya dəyişikliklərin edilməsi təklifini nəzərdən keçirəcək. Xarici Əlaqələr Komitəsinin sədri postunda təmsil olunan Akakiy Minaşvilinin jurnalistlərə verdiyi məlumata görə, bu təşəbbüslər dekabrın 29-da müzakirə prosedurunun başlanması üçün Parlament Bürosuna təqdim olunacaq.

Onun sözlərinə görə, bu dəyişikliklər müəyyən prosedurlar tələb edir. Büronun müzakirəsinə verildikdən sonra o, bir ay ərzində cəmiyyətdə nəzərdən keçiriləcək və daha sonra parlamentə təqdim olunacaq.

Mixail Saakaşvili əvvəllər bildirib ki, ölkənin demokratarlaşdırılmasının yeni dalğası çərçivəsində prezidentin hüquqlarının məhdudlaşdırılmasını və parlamentə əlavə səlahiyyətlərin verilməsini təklif etdir. Bu sənəd haqqında hələ ki, konkret heç nə məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti