...

Qəzzədə keçirilən hərbi əməliyyatlar Həmasın fəaliyyətinə son qoymayacaq

Siyasət Materials 29 Dekabr 2008 14:09 (UTC +04:00)
Fələstində mübarizə aparan İslami Müqavimət təşkilatı Həmas ilə Israil hökuməti arasında dekabrın 19 - da altı aydan bəri davam edən atəşkəsin müddəti başa çatandan 8 gün sonra Qəzzədə
Qəzzədə keçirilən hərbi əməliyyatlar Həmasın fəaliyyətinə son  qoymayacaq

Trend - un Yaxın Şərq Redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

Fələstində mübarizə aparan İslami Müqavimət təşkilatı Həmas ilə Israil hökuməti arasında dekabrın 19 - da altı aydan bəri davam edən atəşkəsin müddəti başa çatandan 8 gün sonra Qəzzədə hərbi əməliyyatlat yenidən başlandı.İsrailin daha əvvəllər Həmas liderlərini qətlə yetirmək üçün həyata keçirdikləri hərbi reydlərdən fərqli olaraq, bu dəfəki əməliyyat fələstinlilər üçün daha ağır oldu. İsrail rəsmiləri dəfələrlə öz bəyanatlarında Həmas əleyhinə hərbi əməliyyatların keçiriləcəyini bildirsələr də, bu əməliyyatların belə tezliklə həyata kemiriləcəyi gözlənmirdi. Elə bu səbəbdən də, hərbi əməliyyatlar İsrailin taktikası və hərbi gücünə bələd olan Həmas liderləri üçün çox gözlənilməz oldu. Lakin bütün bunlara baxmayaraq, İsrailin qətlə yetirmək istədiyi təşkilat liederlərindən heç kim xəsarət almadı.Əksinə, təşkilatın Qəzzə ofisindən Trend - a verilən məlumata görə, hərbi əməliyyalar zamanı ən çox dinc əhali xəsart aldı. Daha sonra Əl - Cəzirə verilən xəbəri təsdiq edərək, ölən və yaralananlar arasında mükli əhalinin olduğunu bildirdi.

İsrail hökuməti isə, mülki vətəndaşların qətli ilə nəticələnən hərbi əməliyyatları anti terror aməliyyatı adlandıraraq, Təl- Əvivin öz vətəndaşlarını qorumaq haqqı olduğunu bildiridi. Əslində, İsrail hökuməti beynəlxalq imicinə zarbə olan Qəzzədə kütləvi insan qətlinin qarşısını ala bilərdi. Çünki bu əməliyyatlar dinc əhaliyə qarşı deyil, Həmas yaraqlılarına qarşı aparılır. İsrailin terror əleyhinə mübarizə aparmaq və düşməni dəqiq zərbələrbə zərərsizləşdirmək təcrübəsi çox böyükdür. 2004 - cü ildə Həmas təşkilatının ideoloji lideri Şeyx Əhməd Yasinin qətli ilə nəticələn hərbi əməliyyatları misal göstərmək olar. Əhməd Yasinin qətlindən sonra İsrailə qarşı daha sərt mövqe nümayiş etdirən Əbdüləziz Rantisi Həmasın liderliyini ələ aldı. Həmin ilin mart ayında Rantisinin İsrail tətəfindəın qətlindəın sonra isə, Həmas öz "şəffaf" siyasətində dəyişiklik edərək, siyası liderlərinin adını açıqlamadı. İsrail 2004 - cü ildə Həmas liderlərini qətlə yetirməklə kifayətləndi. Çünki, o vaxt heç kim Həmasın 2006-cı ildə parlamentdə səs çoxluğu ilə qalib gələcəyini bilmirdi. Parlament seçkilərindən sonra hakim Fəth təşkilatı Həması silahlı müqavimət təşkilatı kimi deyil, özünə ciddi siyası rəqib kimi gördü. Hadisələrin belə gedişi onu göstərdi ki, bu təşkilatların liderlərinin öldürülməsi müqavimət təşkilatlarının fəaliyyətinə bir o qədər də təsir etmədi. İslami Cihad təşkilatının lideri Trend - a verdiyi açıqalamasında belə deyib : " İsrail tərəfindən müqavimət təşkilatları liderlərinin öldürülməsi bizim mübarizəmizi zəiflətməyəcək. Təşkilat üzvləri liderlərə yox, siyası prinsiplərimizə bağlıdırlar".

Qəzzənin 2006 - cı ildə tamamilə Həmasın nəzaratinə keçməsindən və bu ərazilərdən yəhudi yaşayış məntəqələrinin raket atəşinə tutlmasından sonra, İsrail Qəzzəyə blokada tətbiq etdi.

Həmas hərbi əməliyyatlara nə qədər hazır olsa da, İsrail Hərbi Hava Qüvvələrinin keçirdiyi son əməliyyatlar təşkilat üçün çox gözlənilməz oldu. Hətta Həmas rəsmiləri də bu əməliyyatların digərlərindən fərqləndiyini və onlar üçün gözlənilməz olduğunu bildirdilər. Həmas hökumətinin spikeri Tahir əl- Nunu Həmas liderlərinin xəsarət almadığını bildirsə də, ağır itki verdiklərini bildirib. Həmas liderlərinin qətlə yetirilməməsi isə, Qəzzə ərazisnidə yeni hərbi əməliyyatların olacağını istisna etmir. Eyni zamanda, Qəzzənin bombalanmasının birbaşa İsraildə fevral ayında keçiriləcək seçkilərlə bağlı olduğu da ehtimal edilir.

Sentyabrda İsrailin Baş naziri Ehud Olmert korrupsiyada ittiham edildikdən sonra istefa verdi. Ölkədə XİN başçısı Sipi Livninin başçılığı ilə müvəqqəti hökumət formalaşsa da , noyabrda İsrail müxalifəti "Likud" partiyasının lideri Benyamin Netanyahu Livninin formalaşdırdığı hökuməti boykot etdi.

İsrailin xarici siyasətində əsas prioritetlərdən olan fələstinlı qruplaşmalara qarşı mübarizədə bir birinə rəqib olan "Likud" və "Kadima" partiyaları müxtəlif mövqe tutdular.

"Kadima"nın təmsilçisi olan xanım Livni fələstinli qruplaşmalara qarşı dialoqa tərəfdardısa , müxalifətçi "Likud" lideri Nitenyahu isə, fəsitinlilərin müqavimıətini terror adlandıraraq, bu dialoqun əleyhinə çıxış edirdi.

Fələstinlilərə loyal mövqedə dayandığı üçün, Livni müxalifət tərəfindən tənqid atəşinə tutuldu və buna görə də imicinə zərər təhlükəsi ilə üz-üzə galdı. Yəhudi yaşayış məntəqələrinin intensiv raker atəşinə tutulması və tərəflər arasında atəşkəsin sona çatması xanım Livninin imicininin bərpası üçün real şans idi.

Məqalə müəllifi ilə əlaqə : тrend@тtrend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti