...

Gürcüstan prezidenti parlamenti yalnız bir dəfə buraxa biləcək

Siyasət Materials 29 Dekabr 2008 18:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 dekabr/ Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan prezidenti parlamenti yalnız bir dəfə buraxmaq hüququna malik olacaq.Bu haqda parlamentin spikeri David Bakradze bugünkü mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu vaxta qədər dövlət başcısı qanunverici orqanı buraxmaqda hüdudsuz hüquqa malik idi. Lakin Konstitusiya dəyişiklikləri layihəsi ilə bağlı olaraq, bu hüquq məhdudlaşdırılacaq.

"Parlamentin təkrar buraxılmasından sonra, cox güman ki, növbədənkənar prezident seckiləri kecirilə bilər.Yəni, parlamenti buraxmaq yaxud növbədənkənar prezident seckilərini təyin etmək qərarını xalq özü verməli olacaq", - deyə spiker qeyd edib. "Hər bir prezident ücün parlamentin buraxılması cox cətin mexanizm şəklini alır, cünkü bunun cox yüksək siyasi qiyməti olacaq", -Bakradzə əlavə edib.

Onun sözlərinə görə, prezident parlamenti iki dəfə buraxmalı olsa, bu ,ölkədə cox ciddi siyasi böhranı ifadə edəcək. Buna bənzər böhranda demokratik cıxış yolu xalqın fikri olacaq.

"Məhz belə şəraitdə cıxış yolu referendum və xalqın iradəsi olacaq", - spiker deyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti