...

Leyboristlər Gürcüstan  prezidentinin impiçment prosesinə başladılar

Siyasət Materials 30 Dekabr 2008 17:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 dekabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Leyborist partiyası Gürcüstan prezidenti Mixail Saakaşvilinin impiçment proseduruna  başlayıb. Bu barədə parlament Dəftərxanasına dörd leyborist deputatın imzaladığı sənədi təqdim edən partiyanın siyasi katibi Qiorqi Quqava bu gün məlumat verdi.

Bu deputatlar dövlət başçısının impiçmentini başlamaq tələbinə imza atıblar. Bu prosedur üçün parlamentdə olan 150 deputatın üçdə birinin imzasını yığmaq lazımdır, deputatların 30-u müxalifətdəndir.

Onun sözlərinə görə, "Saakaşvilinin qanlı rejiminin əməlləri"-nə görə məhsuliyyət daşımaq istəməyən hər kəs bu sənədi imzalamalıdır, yaxud onları bu hakimiyyət devriləndən sonra ağır cəza gözləyir. "Gürcüstanın prezidenti Mixayil Saakaşvili qanuna zidd olan  bir sıra hərəkətlər edib. Qanunda olan Cinayət- Prosesual Məcəlləyə müvafiq olaraq, Saakaşvilini üst-üstə 450 illik həbs gözləyir", - Quqava bildirib.

İmpiçment tələbləri üçün  imza toplandıqdan sonra sənəd Gürcüstanın Ali və Konstitusiya Məhkəmələrinə baxılmağa təqdim olunmalıdır.Qeyd etmək lazımdır ki, leyboristlər parlamentin işini boykot edirlər, əvvəl isə, deputat mandatlarından imtina etməkdən danışırdılar, lakin onlar indiyə qədər deputat məvacibi alırlar. 

Məqalənin müəllıfi ilə əlaqə ünvanı  [email protected]

Xəbər lenti

Xəbər lenti