...

İsrailin hərbi qələbəsi HƏMAS - a qarşı mübarizədə siyasi qələbə olmayacaq – RF Federasiya Şurası Komitəsinin sədri

Siyasət Materials 6 Yanvar 2009 16:12 (UTC +04:00)
İsrailin hərbi qələbəsi HƏMAS - a qarşı mübarizədə siyasi qələbə olmayacaq – RF Federasiya Şurası Komitəsinin sədri

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir E.Tariverdiyeva/ Rusiya Federasiyasının Beynəlxalq İşlər üzrə Federasiya Şurası Komitəsinin sədri Mixail Margelov hesab edir ki, İsrailin Qəzzə Zolağında HƏMAS -ın obyektlərinə hücumları, çox güman ki, bu, təşkilatın əsas qüvvələrinin məhvinə gətirib çıxaracaq, lakin bu, İsrailin siyasi qələbəsi demək deyil.

"İsrailin hərbi üstünlüyü aşkardır, İsrail hərbçiləri Livanda apardıqları hərbi qarşıdurmaların nəticələrini nəzərə alıblar. Lakin Yaxın Şərqdə məqsədlərə çatmaq üçün bir hərbi qələbə azdır", - deyə Trend - a elektron poçt ilə Margelov bildirib.

Onun fikrincə, HƏMAS rəhbərliyipartizan müharibəsini davam etdirəcəyi ehtimalı qalır , yəni Qəzzədə qruplaşmanın hakimiyyəti rəsmi olaraq devrilsə belə, İsraillə müharibəni davam etdirməyə hazırlaşacaq.

Al Jazeera telekanalının İsrail ordusunun rəsmi məlumatlarına istinadən verdiyi xəbərə görə, Qəzzə Zolağının şərqində və cənubunda İsrail ordusunun apardığı quru əməliyyatlarında HƏMAS -ın ən azı 130 üzvü həlak olub.

BBC telekanalının verdiyi xəbərə görə, Qəzzədə hərbi əməliyyatlar başlayan gündən 550 nəfər həlak olub ki, onların da əksəriyyəti dinc sakinlərdir.

"Qurğuşun axını" hərbi əməliyyatları Qəzzədə HƏMAS -ın hərbi infrastrukturunun məhv edilməsi məqsədilə başlanıb.

Margelovun fikrincə, hazırkı müharibədə əsas məsələ İsrailin HƏMAS üzərində ehtimal olunan qələbəsinin nəticələrinin naməlum qalmasıdır.

"Hətta İsrailin HƏMAS üzərində hərbi qələbəsi regionda ekstremizmə son qoymayacaq və Fələstin - İsrail münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində irəliləyiş yaratmayacaq", - deyə Margelov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti