...

Əfqanıstan 19 təyyarə alıb

Siyasət Materials 6 Yanvar 2009 18:08 (UTC +04:00)
Əfqanıstan 19 təyyarə alıb

Əfqanıstan, Kabil, 06 yanvar/ Trend , müxbir A.Hakimi/

İtaliyadan 19 təyyarə alındıqdan sonra Əfqanıstanda hava daşınmalarında yaranan problemlər azalacaq.

Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi, general Zahir Əzimi (Zaheer Azimi) bildirib ki, Müdafiə Nazirliyi ABŞ və İtaliyanın birgə istehsalı olan 19 təyyarə alacaq

Onun sözlərinə görə, Əfqanıstanda nəqliyyat daşımaları ilə bağlı problemlərin yar?sı bu təyyarələr alındıqdan sonra həll olunacaq. Əfqanıstanın Müdafiə Nazirliyi N26, N16 və N32 təyyarələri almağı planlaşdırır.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi Əfqanıstana bu il 10 vertolyot göndərəcək. Əziminin sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstanın Milli Ordusuna 350 mln. dollar ayırıb.

Əzimi bildirib ki, Əfqanıstanın hava qüvvələrinin kifayət qədər gücl?ndirm?k üçün bu sərmayələr yetərli deyil. Ölkədə ağır artilleriya və hərbi təchizat da çatışmır.

Eyni zamanda, "Taliban" hərəkatı (Pakistan və Əfqanıstan ərazilərində terrorçu hərəkat) üzvlərinin bəyanatlarına görə, onlar son il ərzində 31 xarici təyyarə vurublar. Bu rəqəm Əfqanıstanın xarici koalisiya qüvvələri tərəfindən təsdiq edilməyib.

Bir neçə ay ?vv?l Əfqanıstanın Müdafiə Nazirliyi bildirib ki, NATO qüvvləri Əfqanıstanın havıa qüvvələrinin təchizatında iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti