...

Bakı polisi əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotika götürüb

Siyasət Materials 9 Yanvar 2009 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir S.Kazımlı/ Bakı polisi əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotika götürüb.

Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend -a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 43 yaşlı Məmmədov Ələkbər Əkbər oğlundan 1 kiloqram 590,2 qram narkotik vasitə olan tiryək aşkar edib.

Məmmədov barəsində cinayət işi açılıb.

DİN-in məlumatına görə, ötən ilin 9 ayı ərazində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 564 kiloqramdan artıq narkotik vasitə götürülüb, 122,1 kq-a yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1784 nəfərdən 53-ü (3,0%) qadın, 5-i (0,3%) yetkinlik yaşına çatmayan, 1645-i (92,2%) işləməyən və oxumayan, 408-i (22,9%) əvvəllər cinayət törətmiş şəxslərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti