...

Azərbaycan prezidenti Dənizkənarı Milli Parkda tikinti işlərinin gedişi ilə tanış olub

Siyasət Materials 12 Yanvar 2009 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Dənizkənarı Milli Parkda əsaslı yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olub, - "AzərTAc" Dövlət İnformasiya Agentliyi xəbər verir.

Prezident İlham Əliyev 2008-ci il yanvarın 10 - da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana və Azərbaycan prezidenti İlham Əliyevin Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Dənizkənarı Milli Parkın da əsaslı şəkildə abadlaşdırılmasına başlanılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq üçün buraya gəliblər. Dövlət başçısına məlumat verilib ki, uzunluğu üç kilometr, ümumi sahəsi 70 hektar olan parkın asfalt örtüyü əvəzinə daş döşənib, çoxlu ağac və gül kolları əkilib, yaşıllıq zolaqları genişləndirilib. Parkdakı məhəccərlərin işıqlandırma sistemi tamamilə təzələnib.

Prezident İlham Əliyev və xanımı parkda quraşdırılmış attraksionlara da baxıblar. Hazırda parkda abadlaşdırma tədbirləri davam etdirilir. Dövlət başçısı işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti