...

Azərbaycan Kommunist Partiyası paytaxtda "26 Bakı Komissarı" abidəsinin sökülməsini pisləyir

Siyasət Materials 13 Yanvar 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Kommunist Partiyası "26 Bakı Komissarı" abidəsinin sökülməsindən narahatdır və bu aktı pisləyir.

"Azərbaycan KP hesab edir ki, belə hərəkətlər Azərbaycan dövlətinin beynəlxalq imicini sarsıdır. Sovet dövrü abidələrinin sökülməsi Azərbaycan xalqının keçmişinə və gələcəyinə hörmətsizlikdən başqa heç bir şəkildə qiymətləndirilə bilməz", - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun bəyanatında deyilir.

Bazar ertəsi Bakının "Sahil" bağında "26 Bakı Komissarı" abidəsinin sökülməsi üzrə işlər başlayıb. Paytaxtın İcra Hakimiyyəti parkın yenidən qurulması və onun altında avtomobil dayanacağının tikilməsi barədə qərar qəbul edib.

"26 Bakı Komissarı"na abidə məşhur sovet memarı Merkulov tərəfindən ucaldılmışdı. Kompleksin komissarların daşda yonulmuş fiqurlarından ibarət əsas hissəsi Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra şəhər ictimaiyyətinin tələbi ilə sökülmüşdü.

"Belə hərəkətlərlə tarixi saxtalaşdırmaq, sosialist dövrünü xalqın yaddaşından silmək olmaz", - Kommunist Partiyasının bəyanatında deyilir.

"Digər tərəfdən, Bakı bütün tarixi boyu beynəlmiləl şəhər olub, 26 Bakı Komissarlarının qardaşlıq məzarı buna aydın sübut idi və bu abidənin bu günədək qorunması Azərbaycanda siyasi plüralizm, tolerantlıq, yüksək siyasi mədəniyyətin olmasına dəlalət edir, Azərbaycan xalqının dünyanın digər xalqlarından tam şəkildə fərqləndiyini göstərirdi", - sənəddə deyilib.

Azərbaycan Kommunist Partiyası bu prosesin dərhal dayandırılmasını tələb edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti