...

Gürcüstan vətəndaşları biometrik pasportlardan istifadə edəcəklər

Siyasət Materials 15 Yanvar 2009 19:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan vətəndaşları 2009-cu ildən yeni pasportlardan istifadə edəcəklər. Ölkənin Mülkü Reyestr Agentliyi biometrik pasportların tədbiqi ilə əlaqədar işə başlayıb. Bu sənədlərin köməyi ilə şəxsin tam identifikasiyası mümkün olacaq. Yeni pasportların alınması könüllü olacaq.

Biometrik pasport adilərdən bir neçə detallarla fərqlənəcək. Onun içinə şəxsi məlumatlarla birlikdə elektron məlumatlar, sifətin rəqəmli şəkli və barmaq izləri haqqında məlumatı daşıyan mikroçip qoyulub. Üzərində gözün əlvan təbəqəsi haqqında məlumatı əks etdirən səhifənin əlavə edilməsi də istisna deyil. Yeni pasportun qiyməti  adi pasportdan xeyli bahadır.  

Yeni layihə üçün artıq dörd mln. lari ayırılıb. Pulun bir hissəsini Avropa Birliyi ayırıb. AB-yi Gürcüstan sərhədlərində quraşdırılacaq xüsusi avadanlığı da alır. Biometrik pasportlardan dünyanın 26 ölkəsi istifadə edir, 2010-cu il üçün onlara daha 20 dövlət  qoşulacaq. Gürcüstan vətəndaşları yeni pasportları artıq təqribən sentyabr ayından  almağa başlaya biləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti