...

Ukraynada qaz sammitinin Avropa paytaxtlarından birində keçirilməsini zəruri hesab edirlər

Siyasət Materials 15 Yanvar 2009 20:10 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 yanvar/ Trend , müxbir Z.Novosvitski/ Kiyevdə güman edirlər ki, qaz məsələsi üzrə dövlət və hökumət başçılarının sammitini Avropa paytaxtlarından birində keçirmək zəruridir.

"Ukrayna prezidenti vurğulayıb ki, belə sammiti Avropa İttifaqının himayəsi altında keçirmək lazımdır. Buna görə də hesab edirik ki, sammit Aİ-yə sədrlik edən ölkənin paytaxtında - Praqada və ya Brüsseldə, ya da Avropanın digər paytaxt şəhərlərindən  birində keçirilməlidir", - Ukrayna XİN-nin mətbuat xidməti ölkənin xarici işlər naziri Vladimir Oqrızkoya istinadən xəbər verir.

XİN-də hesab edirlər ki, Ukraynanın qaz münaqişəsi tərəflərindən olan ölkənin paytaxtında keçirilməsi məntiqsiz olardı.

Nazir həmçinin vurğulayıb ki, Ukrayna prezidenti rusiyalı həmkarının qaz məsələsi üzrə dövlət və hökumət başçıları sammitinin keçirilməsinə dair fikrini dəstəkləyir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti