...

Ali məktəblərə qəbul olunan azərbaycan mənşəli Gürcüstan vətəndaşlarına SOCAR tərəfindən $60 məbləğində təqaüd veriləcək

Siyasət Materials 19 Yanvar 2009 03:57 (UTC +04:00)
Ali məktəblərə qəbul olunan azərbaycan mənşəli Gürcüstan vətəndaşlarına SOCAR tərəfindən $60 məbləğində təqaüd veriləcək

Gürcüstan, Marneuli, 19 yanvar/ Trend , müxbir E.Rüstəmov/ "Bu il Ali məktəblərə qəbul olunan azərbaycan mənşəli Gürcüstan vətəndaşlarına SOCAR tərəfindən $60 məbləğində təqaüd veriləcək", bazar günü Marneulidə azərbaycanlı tələbələrlə görüşü zamanı Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirliyi əvvəllər Gürcüstan vətəndaşı olan 40 azərbaycanlıya təqaüd ayırırdı.

"Biz hesab edirik ki, bu tələbələrin oxumasına yeni stimul verəcək və qismən onların sosial və iqtisadi problemlərinin həllinə köməklik göstərəcək. Kənd yerində yaşayan bəzi tələbələrin ali təhsil almaq imkanları yoxdur. Biz SOCARa öz minnətdarlığımızı bildiririk", Paşayeva deyib.

Paşayevanın sözlərinə görə, Gürcüstan azərbaycanlılarının mədəniyyət Mərkəzinin sədri qonşu ölkədə təhsil alan bütün azərbaycanlılara təqaüdlərin verilməsi ilə bağlı təklif irəli sürüb.

Deputatların gənclərələ görüşü zamanı "Meydan" jurnalının təqdimat mərasimi keçirilib.

500 ədəd tirajında çıxan və pulsuz paylanan jurnal Gürcüstan azərbaycanlılarının mədəniyyət Mərkəzinin və Azərbaycanın Diaspora ilə iş üzrə Dövlət Komitəsi səyləri nəticəsində işıq üzü görmüşdür.

Paşayevanın fikirincə, jurnal Gürcüstan azərbaycanlılarının maarifləndirməsi işində böyük rol oynayacaq. Jurnalda mədəniyyət, tarix, ədəbiyyat kimi sahələr və xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti işıqlandırılacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan "Sarvan" qrupunnu təqdimat mərasimi də keçirilmişdir. Qrupun iştirakçılarına müsiqi alətləri hədiyyə olunmuşdur.

"Kiçik yaşına baxmayaraq, qrup artıq nəticə göstərib. Gürcüstan azərbaycanlılarının tarixində ilk dəfə "Sarvan" qrupunun solisti Aygün Həsənova "Sarı gəlin" rəqsinə görə birinci yerə laiq görülmüşdür", deputat dedi.

Deputatlar Heydər Əliyev Fondu hesabına bərpasına başlanılan Alqeti kəndinin məsçidində oldular.

Paşayevanın sözlərinə görə, məsçid sovetlər vaxtı bağlanmış və klub kimi istifadə olunurdu, onun bərpası kənd sakinlərinə qiymətli hədiyyə olacaq.

"Həmin kəndə yaxın vaxtlarda Heydər Əliyev Fondu hesabına boru kəməri çəkiləcək və o sakinlərin su problemini həll edəcək", Qənirə Paşayeva deyib.

Tbilisidə MM deputatları Qənirə Paşayeva və Həvva Məmmədova Azərbaycan Dram Teatrının binasında oldular. Burada onlar teatrın problemləri ilə tanış oldular və problemləri müvafiq strukturlara çatdıracaqlarına söz verdilər.

"Aktyorlar mənə əmək haqlarının aşağı olmasından danışdılar və dedilər ki, rus və erməni dram teatrları tək gürcü höküməti hesabına fəaliyyət göstərmirlər, onlara xaricdən yardım edirlər, Azərbaycan Dram Teatrı isə bu imkandan məhrumdur", Paşayeva dedi.

"IXX əsrdə yaradılan teatr azərbaycanlıların əvvəl yaşadığı Meydan deyilən yerdə yerləşir. Bu teatr özlüyündə Gürcüstan azərbaycanlılarının eyniliyini və mədəniyyətini cəmləşdirir. Biz onu yüksək səviyyədə fəaliyətini təmin etmək üçün əlimizdən gələni etməliyik", Paşayeva deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti