...

Dünya iqtisadi böhranı hələ bizə gəlib çatmayıb – Gürcüstan prezidenti

Siyasət Materials 23 Yanvar 2009 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Dünya böhranı Gürcüstanın əhatəsindədir, bizim qonşularımızın hamısı onunla əhatə olunub, lakin böhran bizə hələ gəlib çatmayıb,- bu barədə cümə günü Gürcüstanın İctimai Yayımının birbaşa efirində ölkə prezidenti Mixail Saakaşvili bildirib.

"Bakıda tikinti dayandırılıb. Mən özüm bunə əmin oldum. Lakin Azərbaycanda dövlət büdcəsi yaxşı təşkil olunub, bununla belə, dünya iqtisadi böhranı bu ölkəyə də ciddi təsir göstərib. Ukraynanın vəziyyəti daha pisdir, burada intihar halları artıb", - deyə dövlət başçısı bildirib.

Saakaşvili Gürcüstanda kreditlərin verilməməsi və dünya böhranı ilə əlaqədar olaraq iş yerlərinin azalmağa başladığını təsdiq edib. "Lakin kredit verilməsinin çətinləşməsinə baxmayaraq bizim banklar stabilliklərini saxlayırlar", - deyə prezident bildirib və xatırladıb ki, hər halda bu, Gürcüstanın maliyyə sisteminin korlandığı 1993-1994-cü illər deyil.

"Bizim möhkəm valyutamız var və bu mart-apreldə kredit sisteminin yenidən tam gücü ilə işləməsi üçün hər bir şərait yaradır", - deyə Saakaşvili vurğulayıb. O, həmçinin qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Gürcüstanda büdcə sahəsində problem yoxdur və əmək haqlarının verilməsində gecikmə yoxdur.

Dövlət başçısı 300 mln. dollar həcmində beynəlxalq yardımın yaxın vaxtlarda banklara dəstəyə yönəldiləcəyinə əmin edib. "Biz iqtisadiyyatın stimullaşdırılması proqramı hazırlamışıq və bu, böhranın və onun nəticələrinin aradan qaldırılmasında bizə yardım edəcək. Belə ki, böhran hələ ki, Gürcüstana tam olaraq daxil olmayıb", - deyə Saakaşvili əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti