...

Gürcüstan ermənilərinin partiyası "Virk" Cavakxetiya fəallarının azad edilməsini tələb edir

Siyasət Materials 27 Yanvar 2009 14:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Samsxe-Cavakxetiya regionunda fəaliyyət göstərən "Virk" partiyası, Samsxe-Cavakxetiya regionunda baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edib.

"Cəmi bir neçə gün əvvəl, yanvarın 22-də Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları absurd ittihamlarla çıxış edərək, Axaltsix gənclər mərkəzinin direktoru Qriqor Minasyan və "Şarl Aznavur" xeyriyyə təşkilatının sədri Segey Akopcanyanı saxlayıb. Gürcü ermənilərinin ictimai xadimlərini həbs edən Gürcüstan höküməti həyasız şəkildə onların cinayət hazırlığı, qeyri-qanuni silahlı qruplaşma yaratma və casusluqda ittitam edib (Gürcüstan Cinayət Məcəlləsinin 18, eləcə də 223 və 314-cü maddələrinin 1-ci bəndlərinə əsasən)" - bəyanatda deyilir.

Bəyanatda vurğulanıb ki, bu cür insidentlər Cavakxetiyada birinci dəfə baş vermir və aşkar anti-erməni xarakter daşıyır.

"Virk" partiyası hesab edir ki, "bu addımlar birbaşa qarşıdakı Gürcüstan prezidenti seçkiləri ilə bağlı ola bilər. Söhbət əsasən Nino Burcanadzenin ölkə prezidentliyinə iddiasından gedir. Bunu nəzərə alaraq, biz Gürcüstan rəhbərliyini nəinki çağırır, hətta xəbərdar edirik ki, cavakx ermənilərini öz çirkin siyasi vəhşiliyinizin içərisinə salmayın", - orada bildirilir.

"Virk" dərhal Qriqori Minasyan və Sergey Akopcanyanın azad edilməsini tələb edir. "Biz ermənilərə qarşı nifrət siyasətinin dayandırılmasını tələb edirik. Əks halda bu bir dəfə onsuz da sərt çətinliklər, məhrumolmalar, təzyiqlər görmüş və yaşamını birtəhər sürdürən Samsxe-Cavakxetiya əhalisinin çərçivədən çıxara bilər... Nəzərə alın ki, həmin gün lap sabah da gələ bilər", - "Virk"in bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti