Gürcüstan, Tbilisi, 27 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Zuqdididə İsveç vətəndaşına silahlı basqın olub. Sameqrelo bölgə polisindən verilən məlumata görə, Lukas Lundkvistə bir neçə nəfər hücum edib.
Basqın edənlərdən biri tapança, digərləri isə küt alətlərlə silahlanıblar.
İsveçlini hədələyən cinayətkarlar onun videokamerasını, iki fotoaparatını, portativ kompüterini və pulunu əlindən alıblar.
Canilər cinayət yerindən uğurla qaçıblar. Zuqdidi polisi operativ axtarış tədbirləri həyata keçirir.