...

Bakıda İncəsənət Gimnaziyasına bombanın qoyulması haqda məlumat təsdiqlənməyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Yanvar 2009 17:21 (UTC +04:00)
Bakıda İncəsənət Gimnaziyasına bombanın qoyulması haqda məlumat təsdiqlənməyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycan FHN-in əməkdaşları bomba qoyulması barədə daxil olan zənglə əlaqədar Bakının mərkəzində İncəsənət Gimnaziyasının binasında axtarış aparırlar, - Trend -un müxbiri hadisə yerindən xəbər verir.

Cümə axşamı saat təxminən 15:00 radələrində paytaxtın Yasamal Rayon Polis Idarəsinə gimnaziyanın binasına bomba qoyulması barədə anonim zəng daxil olub. Gimnaziyaya FHN-in əməkdaşları göndərilib. Onlar insanları binadan çıxarıblar. Binaya diqqətli baxış davam edir.

Yasamal rayon Polis İdarəsindən cümə axşamı Trend -a bildiriblər ki, araşdırmalar zamanı gimnaziyaya bomba qoyulması haqda məlumat təsdiqini tapmayıb. Polis idarəsindən deyiblər ki, bir nəfər oğlan gimnaziyaya zəng vuraraq ora bomba qoyulmasını deyib. Hazırda hadisəni törədən şəxsin kimliyini və zəngin haradan edilməsini  müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti