...

Dağlıq Qarabağ münaqişəsi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılması əsasında həll olunmalıdır – prezident İlham Əliyev

Siyasət Materials 2 Fevral 2009 13:22 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılması əsasında həll olunmalıdır – prezident İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır, AzərTAC dövlət agentliyi prezidentin Davosda ABŞ-ın məşhur "Uoll strit cornel" qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.

Dövlət başçısı deyib ki, danışıqlar prosesi uzun müddətdir davam etsə də, təəssüf ki, münaqişə həll olunmayıb. Azərbaycan prezidenti vurğulayıb ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır.

"Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir", - dövlət başçısı əlavə edib.

Prezident jurnalistin sualına cavab olaraq bildirib ki, danışıqlar prosesinə birbaşa cəlb olunmuş ölkələr, Minsk Qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Gürcüstandakı münaqişədən sonra açıq şəkildə elan etdilər ki, Dağlıq Qarabağın tanınması müzakirə mövzusu deyil, həmin hadisələr bu cür presedent yaratmayacaq. "Lakin geosiyasi baxımdan, əlbəttə ki, əgər sizin qonşunuz və ya qonşularınız bir-biri ilə müharibədədirsə, demək, bu, sizin özünüz üçün yaxşı deyil. İndiki halda Gürcüstan və Rusiya Azərbaycanın qonşularıdır və bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var", - dövlət başçısı deyib.

"Ermənistan və Azərbaycanın apardığı danışıqlar prosesi ilə Gürcüstandakı müharibə zamanı üzləşdiyimiz çətinliklər arasında əlaqə yoxdur. Bəli, həmin vaxt bizim üçün asan olmadı, çünki bizim əsas enerji daşıyıcılarımız Gürcüstan ərazisindən nəql olunur, müharibə isə, buna böyük maneə idi. Biz nefti nəql etmək üçün başqa yollar axtarmalı olduq. Əlbəttə, beynəlxalq bazarlara nə qədər çox çıxışımız olsa, bizim üçün bir o qədər yaxşıdır. Lakin hazırda Gürcüstanda vəziyyət sabitləşmişdir, bu ölkənin ərazisindən nəqletmə ilə bağlı problem yoxdur. Bundan əlavə, qeyd etdiyim kimi, başqa marşrutlar da mövcuddur", - İlham Əliyev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti