...

Gürcüstan QHT-si ölkə vətəndaşlarının Rusiyaya qarşı işlərini Strasburq məhkəməsinə göndərəcək

Siyasət Materials 6 Fevral 2009 14:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 fevral/ Trend , N.Kirtsxaliya/ Gürcüstan QHT-sı avqust hadisələrində zərər çəkmiş vətəndaşların şikayətləri üzrə işləri bu gün Strasburqa, Avropa Məhkəməsinə gondərəcək.

QHT əməkdaşı Tamar Qabisonya brifinqdə bildirib ki, bu, insan hüquqlarının pozulmasını faktlarla bariz şəkildə göstərən bir işdir.

Qabisonyanın sözlərinə görə, "işğalçılar və separatçılar insanların hüquqlarını pozmuş, dinc əhaliyə qeyri-insani münasibət göstərmiş, biznesə mane olmuş və insanları milli-mənəvi cəhətdən təqib etmişlər".

O bildirib ki, avqustun 8-də Tsxinvalidə jurnalistlər Aleksandr Klimçuk və Qiorqiy Çixladzenin öldürülməsinə dair faktlar olan işlər də vardır. QHT əməkdaşı əlavə edib ki, zərərçəkmişlər, əsasən maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edirlər.

O, həmçinin əlavə edib ki, Avropa məhkəməsi bu işə tez bir zamanda baxacaq.

 

Məqalə müəllifi ilə əlaqə[email protected]

Xəbər lenti

Xəbər lenti