...

Viza rejiminin sadələşdirilməsi və azad ticarət rejiminin tətbiqi ilə bağlı Avropa İttifaqı ilə danışıqlar başlayır – Gürcüstan xarici işlər naziri

Siyasət Materials 9 Fevral 2009 19:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Viza rejiminin sadələşdirilməsi və azad ticarət rejiminin tətbiqi ilə bağlı Avropa İttifaqı ilə danışıqlar başlayır. Bu haqda bazar ertəsi, ənənəvi brifinqdə Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze məlumat verib.

Onun sözlərinə görə, bu mütləq gözlənilən nəticəyə gətirib çıxaracaq yolun başlanğıcıdır və onun yekunlarını "Gürcüstan əhalisi maddi şəkildə hiss edəcək".

"Viza rejiminin sadələşdirilməsi məsələsi ilin sonuna qədər həll olunacaq",  - Vaşadze bildirib.

O, həmçinin Gürcüstan və Aİ arasında azad hava əlaqəsinin qurulması mövzusuna da toxunub. "Bununla bağlı danışıqlar gedir. Bu aviaşirkətlərə normal iş imkanı verəcək, eləcə də bilet qiymətlərini aşağı salacaq", - XİN rəhbəri qeyd edib.

Avropa komissiyası Gürcüstanla sərbəst hava əlaqəsinin təmin olunması təşəbbüsü ilə çıxış edib. Bu, aviaşirkətlərə Aİ ölkələrindəki fəaliyyətlərini genişləndirmək imkanı yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti