...

Əgər Rusiyanın Ermənistana silah verməməsi barədə cavabı Azərbaycanı qane etməsə, biz bu sualı NATO PA-da qaldıracağıq-Azərbaycan parlamentinin vitse-spikeri

Siyasət Materials 10 Fevral 2009 22:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend muxbir E.Rüstəmov/ Rusiyanın Ermənistana silah verib-verməməsi barədə cavabı Azərbaycan tərəfini qane etməsə, Azərbaycan bu sualı NATO PA-da qaldıracaq. Bu barədə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə bildirib.

Bəzi KİV-lərin yanvarın əvvəlində yaydığı məlumata görə, Rusiya Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazasından Ermənistana 800 mln. dollar dəyərində silah və hərbi texnika verib. Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov hadisəni araşdırmaq üçün XİN-ə dəvət olunmuşdur. Sonra isə Rusiya XİN-i KİV-in bu məlumatını təkzib edib. Lakin rəsmi Bakı Moskvanın bu cavabından razı qalmadı. İki ölkənin xarici işlər nazirlərinin telefon danışıqlarından sonra bu sualla bağlı məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb.  

Əsgərovun sözlərinə görə, Rusiyanın Ermənistana silah verməsi neqativ faktdır. Bu sual Milli Məclisdə muzakirə olunduqdan sonra Azərbaycan nümayəndə heyətinin Rusiyaya dostluq çərcivəsində olan səfəri qərara alınıb.
 
"Bu bizi narahat edir, ona görə ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində vasitəçi rolunu oynayır və problemin həllinə qədər bu ölkələrin heç birini silahla təchiz etməyəcəyini öhdəsinə götürüb. Silah verməklə o öz vədini pozub" - deyə Əsgərov bildirib.
 
 Məqalənin müəllifi ilə əlaqə üçü[email protected]

Xəbər lenti

Xəbər lenti