...

Türkmənistan Qurbanqulu Berdımuhəmmədovun prezident seçkilərində qalib gəlməsinin iki illik yubileyini qeyd edir

Siyasət Materials 11 Fevral 2009 16:38 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 11 fevral / Trend , müxbir E.Həsənov/ Qurbanqulu Berdımuhəmmədovun Türkmənistanın prezidenti seçildiyi tarixdən iki il ötür. Bu münasibətlə yerli KİV "11 fevral türkmənistanlılar üçün xüsusi əhəmiyyətli bir tarixdir" yazır.

Məhz bu gün seçicilər 2001-ci ildən Baş nazirin müavini vəzifəsini tutmuş Berdımuhəmmədovu beş milyonluq ölkənin başçısı seçib.

Yeni rəhbər 1957-ci ildə Göytəpə etrapının (rayon) Babarab kənd şurasında anadan olub. Aşqabad Tibb İnstitutunda təhsil alıb. 1997-ci ildə Türkmənistanın Səhiyyə Naziri təyin olunub.

Rəsmi məlumatlara görə, 2007-ci il fevralın 11-də seçicilərin 89,23 faizi Berdımuhəmmədovun lehinə səs verib.

"Bu, sürətlə keçən iki illik müddəti əhatə edən hadisələr yeni dövrün -  xalqın həqiqi dirçəlişi dövrü kimi tarixdə qalacaq", - dövlət xəbər xidməti "Türkmən Dovlet Xabarlari"  (TDX) bu hadisəni belə şərh edib.

TDX-nin xəbərində deyilir ki, Berdımuhəmmədov cəmiyyətə gələcək inkişaf istiqamətini göstərib: "Dünya cəmiyyətində əlli əsrlik tarix və mədəniyyətə malik xalqa layiq bir yer tutmaq məqsədilə" milli xüsusiyyətləri saxlamaqla, dünya təcrübəsində və müstəqillik illəri ərzində toplanmış ən yaxşı bilikləri istifadə edərək iqtisadiyyat, sosial və humanitar sahələrdə irəli mövqelərə çıxmaq.

Politoloqlar qeyd edir ki, Türkmənistanın yeni rəhbərliyi Xəzəryanı qonşusu Azərbaycan da daxil olmaqla yaxın ölkələrlə konstruktiv dialoqa nail ola bilib. Son iki ildə Türkmənistanın Bakıdakı səfirliyi işə düşüb, borclanmalar üzrə məsələlər həll olunur, Xəzər dənizi üzrə mütəmadi məsləhətləşmələr aparılır, ölkələr arasında bərə-dəmiryol rabitəsinin açılması haqda razılıq əldə olunub.

Türkmənistan və Azərbaycan rəhbərləri ölkələr arasında rəsmi vizitlər edib, humanitar sahədə dinamik mübadilə baş verir. Bundan başqa, Azərbaycan Aşqabadın təşəbbüslə çıxış etdiyi və 192 dövlətin tam konsensusu ilə qəbul edilən BMT-nin xüsusi "enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun beynəlxalq əməkdaşlığın dayanıqlı inkişafının təminatında rolu" qətnaməsinin həmmüəllifi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti