...

Azərbaycanın prezidenti hüquqmühafizə orqanlarının rəhbər işçilərinin iştirakı ilə iclas keçirib

Siyasət Materials 11 Fevral 2009 21:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend / Azərbaycanın prezidenti İlham Əliyev çərşənbə günü, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafi Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayevin qətli ilə bağlı, hüquqmühafizə orqanlarının rəhbər işçilərilərinin iştirakı ilə iclas keçirib. Məlumatı AzTV dövlət telekanalı yayıb.

Dövlət başçısı Rail Rzayevin ailə üzvlərinə və yaxınlarına baş sağlığı verib.

"Dəhşətli cinayəti törədən şəxslər və sifarişçilər cinayfət məsuliyyətinə cəlb olunmalıdır. Azərbaycan dövlətinin imkanları böyükdür", prezident qeyd edib.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafi Qoşunlarının rəhbəri səhər saatlarında yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan generalın həyatını xilas etmək mümkün olmayıb.

Prezident İlham Əliyev cinayəti törədənlərin tez tapılması tapşırığını verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti