...

Türkmənistanda ATƏT-in Aşqabad ofisinin yenı başçısı akkreditə olunub

Siyasət Materials 13 Fevral 2009 13:35 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 fevral / Trend , E.Həsənov/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Aşqabad ofisinin yeni rəhbəri vəzifəsinə Arsim Zekolli akkreditə olunub. Onu Türkmənistan prezidenti Qurbanqulı Berdimuhammedov qəbul edib.

Yeni təyinat ATƏT-in Aşqabad ofisinin açılmasının onillik yubileyi ilə üst-üstə düşüb.

"Mən əminəm ki, biz belə təcrübəli bir diplomatının şəxsi iştirakından böyük xeyir görəcəyik və səfir Zekolli təşkilat və Türkmənistan arasında formalaşmış gözəl münasibətlərin gələcək inkişafına öz səmərəsini verəcək", - ATƏT-in Baş katibi Mark Perren de Brişambonun Türkmənistan başçısına məktubunda deyilir.

Berdimuhammedov deyib ki, ATƏT ilə əməkdaşlıq "konstruktiv xarakter daşıyır və müasir dövrün aktual problemlərinin həllinə yönəldilmiş səylərin birləşdirilməsi nöqteyi-nəzərindən çox vacibdir".

Prezident ATƏT-in baş katibinə BMT-nin himayəsi altında 2009-cu ilin aprelində keçiriləcək və beynəlxalq boru kəmərlərinin təhlükəsizliyinin təmin olunmasına həsr edilmiş Aşqabad konfransında iştirak etmək üçün dəvət göndərib.

Zekolli bildirib ki, "neytral Türkmənitsan bu gün Mərkəzi Asiyada bir növ sabitlik lövbəri rolunu oynayır və ATƏT-in regiondakı vacib tərəfdaşlarından biri kimi çıxış edir". Tərəflər gələcək tərəfdaşlıq münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti