...

Gürcüstan Rusiyaya qarşı Avropa Məhkəməsinə daha 49 iddia irəli sürüb

Siyasət Materials 13 Fevral 2009 16:15 (UTC +04:00)

Gürcüstan, Тbilisi, 13 fevral / Trend , müxbir N.Кirtsxaliya/ Gürcüstanın Gənc Hüquqşünaslar Birliyi Strasburqda insan hüquqlarına dair rus-gürcü müharibəsi zamanı əziyyət çəkmiş 340 qaçqının hüquqlarını müdafiə edəcək. Bu barədə birliyin sədri Tamar Xidaşeli və təşkilatın beynəlxalq hüquq sahəsi üzrə vəkilləri bugünkü brifinqdə bidirib.

Bu prosesdə iş üzərində təşkilat tərəfdaşlarının vəkilləri: İnsan Hüquqları üzrə Avropa Mərkəzi (Böyük Вritaniya) və "Rusiya uğrunda Ədalət" (Hollandiya) aktiv iştirak edib.

İşin iddiaçıların xeyrinə bitəcəyi tədqirdə Rusiya qaçqınlara maddi və mənəvi zərərə görə təzminat ödəməli olacaq.

Daha öncə Gürcüstanın QHT Konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq Rusiyaya qarşı Avropa Məhkəməsinə 370 iş üzrə iddia irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti