...

Bağdad Tehran-Vaşinqton dialoqunda vasitəçiliyə hazırdır

Siyasət Materials 16 Fevral 2009 14:40 (UTC +04:00)

İraqın xarici işlər naziri bildirib ki, İraqdakı mövcud şərait nəzərə alınmaqla, İran-ABŞ danışıqlarının bu ölkədə keçirilməsi planlaşdırılır. İraqın XİN başçısı Tehran-Bağdad-Vaşinqton üçbucağının yaradılması ilə bağlı niyyətini bildirib.  

İraqın XİN rəhbəri Hoşyar Zebari bazar ertəsi İranın "Mehr" xəbər agentliyi ilə müsahibəsində bildirib ki, İran-ABŞ danışıqlarının İraqda keçirilməsi Bağdad hökumətinin xarici siyasətinin əsasını təşkil edir.

Zebari Tehran-Vaşinqton münasibətlərinin İraqdakı vəziyyətə təsiri haqda bildirib ki, İran İraqın ən əhəmiyyətli qonşusudur. İran İraqla münasibətlərini yaxşı səviyyədə qurmaq niyyətindədir. ABŞ-ın təsirinə gəldikə, bu ölkənin İraqda hazırkı təsir çevrəsi inkaredilməzdir.

"İran-ABŞ arasında həll olunmalı məsələlər var, lakin biz İraqda sabitlik üçün İran-İraq-ABŞ üçbucağının yaradılması tərəfdarıyıq və bu çərçivədə təkilif olunan hər hansı bir ideyanı alqışlayırıq", - deyə Zebari bildirib.

Zebari "Mehr" xəbər agentliyi müxbirinin Xalq Mücahidlərinin taleyi barədə sualına cavab olaraq bildirib ki, İraq Xalq Mücahidləri barədə öz qərarını açıqlayıb. Bununla bağlı xüsusi bir komitə yaradılıb və həmin komitə bu təşkilatın üzvlərinin İraqdan çıxarılması məsələsini ciddi şəkildə həyata keçirirlər.

Zebari İraqda ABŞ hərbçiləri tərəfindən oğurlanmış iranlı diplomatlar barədə bildirib ki, "rəsmi Tehranın bu məsələ ilə bağlı narahatlığını başa düşürük və ümid edirik ki, ABŞ rəsmiləri ilə aparılan danışıqlar nəticəsində yaxın gələcəkdə onlar azad ediləcəklər".

Xəbər lenti

Xəbər lenti