...

Cənubi Qafqaz və Avropa İttifaqına daxil olan ölkələr narkotik maddələrin ekspertizası sahəsində birgə əməkdaşlıq edəcəklər

Siyasət Materials 24 Fevral 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir A.Hüseynbala/

Cənubi Qafqaz və Avropa İttifaqına daxil olan ölkələr narkotik maddələrin ekspertizası sahəsində birgə əməkdaşlıq edəcəklər, çərşənbə axşamı Trend -a SCAD Proqramı mətbuat xidmətindən bildirilib.

Narkotik maddələrin ekspertizası sahəsində fəaliyyət göstərən institutlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə məhkəmə ekspertizası mütəxəssislərinin rəhbər heyəti üçün Avropa İttifaqı ölkələrinə tanışlıq səfəri başlayıb.

Səfər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi "Cənubi Qafqazda narkotiklərə nəzarət" regional yardım proqramının 5-ci komponenti çərçivəsində baş tutub.

Səfərdə Azərbaycan nümayəndə heyətini "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri, hüquq elmləri doktoru Fuad Cavadov, nazirliyin Bioloji ekspertizalar şöbəsainin baş eksperti Səbinə Əliyeva, Daxili İşlər Nazirliyinini Kriminalistika Tədqiqitlar İdarəsinin rəisi Gündüz Sadıxov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksperiza və Patoloyi Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənov təmsil edir.

Azərbaycan nümayəndə heyətinin üzvləri Hollandiyanın Haaqa şəhərində yerləşən Elmi-Məhkəmə İnstitutunun Avropa şəbəkəsi və Məhkəmə Ekspertiza İnstitutunda, Almaniyanın Düsseldorf şəhərində yerləşən Kriminalistika və Texnika İnstitutunda, Avstriya Daxili İşlər Nazirliyinin Məhkəmə-Elmi Ekspertiza şöbəsində, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə ofisinin laboratoriyasında təcrübə mübadiləsi aparacaq, müasir növ narkotiklərin ekspertiza və xidmət sahələri ilə tanış olacaqlar.

SCAD Proqramı 2001-ci il iyunun 29-da Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında imzalanmış sazişə əsasən, 8 ilə yaxındır fəaliyyət göstərir.

SCAD 5 layihəsinin fəaliyyət planı narkotiklərlə bağlı məlumat şəbəkəsi, epidemiologiya, hüquqi yardım, narkotiklərdən sui-istifadə edənlərin müalicə və reabilitasiyası, narkotiklərin profilaktikası, maarifləndirmə və təbliği, hüquq-mühafizə orqanları arasında regional əməkdaşlıq kimi istiqamətləri əhatə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti