...

Fələstində bütün dini konfessiyaların nümayəndələri öz müqəddəratlarını təyin etmə məsələsi üzrə referendum keçirməlidirlər – İranın dini lideri

Siyasət Materials 4 Mart 2009 12:29 (UTC +04:00)
Fələstində bütün dini konfessiyaların nümayəndələri öz müqəddəratlarını təyin etmə məsələsi üzrə referendum keçirməlidirlər – İranın dini lideri

Fələstində mövcud olan xristian, müsəlman və digər dini konfessiyaların nümayəndələri öz müqəddaratlarını təyin etmə məsələsi üzrə referendum keçirməli və gələcək talelərini özləri həll etməlidirlər. Bu barədə Fələstinə həsr olunan IV konfransın açılış mərasimində İranın dini ilderi Əli Xamneyi bildirib.

Xamneyinin sözlərinə görə, Qərb tərəfindən bu həll yolunun seçilməməsi demokratiya prinsiplərinə riayət olunmaması deməkdir. Konfrans IRINN telekanalının efirində birbaşa yayımlanır. "Referendumun keçirilməsi Qərb üçün sınaq olacaq", - deyə o bildirib.

İordan çayının Qərb Sahilində demokratik yolla keçirilən seçkilərin nəticələrinin bir çox ölkələr tərəfindən tanınmaması, onun fikrincə, stabilliyin pozulmasına cəhd və müharibəyə təhrik etməklə bağlıdır. "Onların apardığı sülh danışıqları isə yalandır", - deyə o bildirib.

Xamneyinin rəyinə görə, Fələstinin əsas problemi Qəzzə Zolağının bərpasıdır. O bildirib ki, bərpa işlərində əsas rolu HƏMAS hökuməti oynamaldır.

"Fələstin - müqavimət nümunəsi, Qəzzə - cinayətlər qurbanı" şüarı altında keçirilən IV beynəlxalq konfrans bu gün Tehranda öz işinə başlayıb və iki gün davam edəcək. Konfransda 80 ölkənin parlament nümayəndələri və 15 ölkənin parlament sədrləri iştirak edir. 

Məqal müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti