...

Müxalifətin bir hissəsinin referendumu boykot etmək çağırışları ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur - Azərbaycan MSK-nın sədri

Siyasət Materials 12 Mart 2009 14:08 (UTC +04:00)
Müxalifətin bir hissəsinin referendumu boykot etmək çağırışları ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur - Azərbaycan MSK-nın sədri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /

"Müxalifətin bir hissəsinin referendumu boykot etmək çağırışları ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur", - cümə axşamı jurnalistlərə Azərbaycan MSK-nın sədri Məzahir Pənahov deyib.

Azərbaycanın bir qrup müxalifət partiya və təşkilatları tərəfindən təsis edilmiş "Qarabağ və Respublika Uğrunda Hərəkat" martın 10-da referendumu boykot etmək qərarına gəlib.

"Fərqli rəy və mövqelər demokratik ölkələrə xas bir haldır və referendumun keçirilməsi ilə bağlı belə müxtəlif rəylərin olması faktı da sevindiricidir", - Pənahov deyib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Ciddi ictimai dəstək qazanmayan və heç bir ictimai əhəmiyyət kəsb etməyən çağırışlara əhəmiyyət vermək lazım deyil", - bir müddət əvvəl jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Azərbaycandakı referendumla bağlı yaradılmış təşviqat qrupları fevralın 18-dən etibarən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul olunmuş təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-sı saat 24:00-da yekunlaşmalıdır.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat tipli kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MSK sədri hesab edir ki, səsvermə günü seçicilər fəal olacaq. Səsvermənin ilkin nəticələri həmin gün axşam elan olunacaq.

Xəbər lenti

Xəbər lenti