...

Bakı metropolitenin "İçəri şəhər" stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat təsdiqlənməyib

Siyasət Materials 12 Mart 2009 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva / Bakı metropolitenin "İçəri şəhər" stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat təsdiqlənməyib.

Səbail rayon prokurorunun müavini Elçin Sultanov cümə axşamı Trend -a bildirib ki, bu gün saat 14.10 radələrində rayon Polis İdarəsinə metronun "İçəri şəhər" stansiyasına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının stansiyada həyata keçirdiyi tədbirlər zamanı heç bir partılayıcı qurğunun tapılmadığını deyən prokuror müavini bildirib ki, metroda qatarların hərəkəti bərpa olunub.

Faktla bağlı Səbail rayon polis şöbəsində araşdırma başlayıb.

Bundan öncə də metronun bir neçə stansiyasına bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına anonim zənglər daxil olub, lakin məlumatlar təsdiqlənməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti