Azərbaycan Prezidenti İlham Əliyev Vinnenden şəhərində baş verən hadisə ilə bağlı Almaniya Federativ Respublikasının Prezidenti Horst Köllerə başsağlığı ünvanlayıb. Məlumatı AzərTac dövlət informsiya agentliyi yayıb.
Məktubda dövlət başçısı Vinnenden şəhərində baş verən hadisə ilə bağlı kədərləndiyini, həlak olanların ailələrinə və yaxınlarına, o cümlədən alman xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verdiyini bildirib.