...

Qırğızıstan prezidenti müxalifətin zəifliyi üzündən daha bir müddət öz postunda qalacaq

Siyasət Materials 15 Mart 2009 23:13 (UTC +04:00)
Qırğızıstan prezidenti müxalifətin zəifliyi üzündən daha bir müddət öz postunda qalacaq

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir V.Javoronkova/

Qırğızıstanın hal-hazırki dövlət başçısı Kurmanbek Bakiyev ölkədə onunla mübarizə apara biləcək güclü müxalifət olmadığından növbəti pezident müddətində də ölkəyə rəhbərlik edəcək. Belə ekspertlər heab edirlər.

"Kurmanbek Bakiyevin növbəti prezident seçkilərində qələbəsi şübhəsizdir", Trend -a qırğız politoloqu Mars Sarıyev deiyb.  

Qırğızıstan prezidentinin katibliyi cümə günü müxalifətin Bakiyevin təklif etdiyi dialoqdan imtina etməsi ilə bağlı təssüfünü bildirib. Ölkənin birləşmiş müxalifəti çərşənbə günü xarici işlər nazirliyinin keçmiş rəhbəri Əlibəy Cekşənkulova müxalifətin liderlərindən birinin ölümündə iştirak ittihamı ilə həbsindən sonra dövlət başçısı ilə danışıqlar aparmaqdan imtina etdi.

Müxalifətçilər kütləvi aksiyalar keçirəcəkləri tarixi də elan etdilər. Onlar martın 27-də Kurmanbek Bakiyevin vaxtından əvvəl vazifəsindən getməsi və demokratik islahatların keçirilməsi tələbi ilə bütün ölkə üzrə kütləvi aksiya keçirmək niyyətindədirlər.

Prezidentin istefası ilə tələblərini müxalifət Kurmanbek Baliyein Konstitusiyanın, vətəndaşların hüquq və azadlıqlarının qarantı ola bilməməsi ilə əsaslandırırlar və qeyd edirlər ki, onun rəhbərliyi altında ölkə ağır istisadi vəziyyətə düşüb.

Prezidentin katibliyi xəbər verir ki, bundan sonra da danışıqlar prosesinə hər cür yardım göstərməyə hazırdırlar və bu yalnız dialoq formatında baş tuta bilər.
Amma, eksperlər hesab edirlər ki,  müxalifətin fəallığına baxmayaraq, ekspertlər hesab edirlər ki,
Bakiyev prezident kimi vəzifəsində tarixi hələ müəyyən edilməyən növbəti seçkilərdən sonra da qalcaq və buna bir neçə səbəb var.

Növbəti seçkilərdə Bakiyev Manas aeroportu ərazisindən amerika bazasını çıxarmaqla Moskvanın dəstəyini aldı, European Union's Central Asia Monitoring (EUCAM) layihəsinin qırğız eksperti Qülnurə Toraliyeva hesab edir.

"Bu cür dəstəyin əleyinə getmək çox çətindir, elə buna görə müxalifətçiləırin heç bir ümidi yoxdur", Trend -a telefonla söhbərində Bişkekdən Toraliyeva dedi.
ABŞ Qırğızıstanda hərbi bazanı Əfqanıstanda terror əleyhinə əməliyyatlar aparmaq üçün istifadə edidilər. Bakiyev bazanı bağlamaq barədə qərarını Moskvada fevralın əvvəlində rusiyalı həmkarı Dmitri Medvedyev ilə danışıqlardan sonra elan etdi.

Rusiya Qırğızıstana faizsiz iki milliard ABŞ dolları həcmində kredit ayırdı və bunlardan 1,7 milliardı əhalinin kəskin olaraq elektrik enerjisində ehtiyacı olduğu üçün elektrik stansiyasının tikintisinə xərclənməsi planlaşdırılır.

"Əgər bu vəsaitlər düzgün istifadə olunsa Bakiyev əhalinin dəstəyini qazana bilər", dedi Toraliyeva.

Ölkədə müxalifətin zəifliyini nümayiş etdirən digər bir faktor kimi Strateji araşdırmalar institutunun yenidən qurulması və prezident aparatından daha çox səlahiyyəti olan yeni dövlət orqanı Prezidentin katibliyinin yaranmasıdır, - ekspertlər hesab edirlər.

"Katibliyin yaradılması və Strateji araşdırmalar institutunun yenidən qurulması prezidentin lehinə piar-aksiyaları ilə məşğul olacağını göstərir", telefonla Trend -a Bişkekdən qırğız politoloq Orozbek Moldaliyev dedi.

"Bu və ya digər üsullarla prezidentə qarşı çıxış edən insanlar Katibliyə xidmətə dəvət edildilər", Toraliyeva dedi. Onun sözlərinə görə dövlət xidmətinə müstəqil jurnalistlər də dəvət edildilər.
Bundan başqa müxalifətin strukturu zəifdir. İlin sonunda müxalifət Vahid Xalq Hərəkatında (VXH) birləşdi.  

İndiyə qədər VHX vahid liderin müəyyən edilməsində çətinlik çəkir, Sariyev dedi. Ekspertin fikrincə, müxalifət özü yaxşı başa düşür ki, hal-hazırda indiki şərtlərlə Bakiyevlə rəqabət aparmaq mümkün deyil.

Buna görə Toraliyevanın fikrincə Bakiyev üçün ikinci müddət istəniləın halda təmin olunub.
Məqalənin hazırlanmasında Y.Ostapenko və R.Məşədihəsənli iştirak ediblər (Bişkek)

Məqalə müəllifi ilə bu ünvanla əlaqə saxlamaq olar [email protected]

Xəbər lenti

Xəbər lenti