...

Azərbaycan Prezidenti Fransa Senatının keçmiş sədrini qəbul edib

Siyasət Materials 16 Mart 2009 16:53 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fransa Senatının keçmiş sədri, senator Kristian Ponsöleni qəbul edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.   

Senator Ponsöle Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu və bunun onda xoş təəssürat yaratdığını bildirib.

Prezident İlham Əliyev Ponsölenin Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıb və onun ölkəmizlə əlaqələrinin bundan sonra da davam etdirəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti