...

Naxçıvanda referendumu iki beynəlxalq müşahidəçi izləyəcək

Siyasət Materials 17 Mart 2009 10:54 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 17 mart / Trend , müxbir E.Məmmədov /

Azərbaycanda keçiriləcək referendumla bağlı Naxçıvanda iki beynəlxalq müşahidəçi qeydə alınıb, çərşənbə axşamı Trend -a Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımov məlumat verib.

"Referendumda Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri Seymond Tarek və Cun Denin seçkiləri müşahidə edəcək", - Qasımov əlavə edib.

Trend -un arayışı: Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasıta başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti