...

Azərbaycanda şəffaf, demokratik referendumun keçirilməsi üçün münbit şərait yaradılıb - MSK sədri

Siyasət Materials 17 Mart 2009 12:55 (UTC +04:00)
Azərbaycanda şəffaf, demokratik referendumun keçirilməsi üçün münbit şərait yaradılıb - MSK sədri

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda şəffaf, demokratik referendumun keçirilməsi üçün münbit şərait yaradılıb, çərşənbə axşamı referenduma hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

"Azərbaycanda ictimai-siyasi vəziyyət stabildir, kampaniya dövründə sivil mübarizə aparıldı. Bu da referendumun şəffaf keçirilməsinə imkan yaradır", - Pənahov deyib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasıta başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

MSK sədri deyib ki, referendumu izləmək üçün 172 xarici müşahidəçi qeydə alınıb. Qeydə alınan 47 min 66 yerli müşahidəçidən 2148-i ölkə üzrə referendumu izləyəcək. Referendumu 20 xarici KİV -Röyter, Frans-Press, Anadolu, İhlas informasiya agentlikləri, Əl-Cəzirə, TRT telekanalları, "Le Fiqaro" qəzeti, EPA agentliyi, BBC və digərləri izləyəcək. MSK sədri deyib ki, referendumla bağlı xarici ölkə səfirliklərində 35 məntəqə yaradılıb.

Azərbaycanda 125 Dairəs Seçki Komissiyası və 5367 məntəqə mövcuddur. 4 mln. 897 min 966 seçici qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti