...

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum konstruktiv keçir – fransalı parlamentari

Siyasət Materials 18 Mart 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir V.Javoronkova /

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum konstruktiv keçir. Bu barədə Trend -a ATƏT PA-nın Fransadan olan nümayəndə heyəti rəhbərinin müavini Mişel Vuazan bildirib.

"Referendumun mütəşəkkil olması yaxşıdır, seçkilər konstruktiv keçir. Biz Bakınınn 30 km-də yerləşən seçki məntəqəsində olduq, mən digər müşahidəçilərlə danışdım və onlar hər şeyin normal keçdiyini bildirdilər", - deyə Vuazan bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti