...

Azərbaycanın hakim partiyası referendumun baş tutduğunu bəyan edib

Siyasət Materials 18 Mart 2009 16:55 (UTC +04:00)
Azərbaycanın hakim partiyası referendumun baş tutduğunu bəyan edib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Hakim Yeni Azərbaycan Partiyasının təsis etdiyi "Yeni Azərbaycan" təşviqat qrupu referendumu baş tutmuş hesab edir

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun seçki prosesini izləyən 5 mindən artıq müşahidəçisinin səsvermənin gedişi və seçicilərin iştirak göstəricisi barədə verdiyi məlumatlar Yeni Azərbaycan Partiyasının seçki qərargahında toplanılır. Verilən məlumata görə, səsvermə prosesi ölkə vətəndaşlarının yüksək fəallığı şəratində müşahidə olunub, seçki hüququna malik Azərbaycan seçicilərinin 50 faizindən çoxu referendumda iştirak edib", - çərşənbə günü təşviqat qrupundan Trend -a daxil olan bəyanatda bildirilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti