...

Gürcüstanın və Danimarkanın hərbi idarələri əməkdaşlıq edəcək

Siyasət Materials 18 Mart 2009 18:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirtsxaliya /

Danimarkanın Müdafiə Nazirliyinin və Baş Qərargahının nümayəndə heyəti dünən Gürcüstanın Müdafiə naziri ilə görüşüb.

Danimarka nümayəndə heyətinin səfərinin məqsədi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin hazırkı fəaliyyət planının işlənib hazırlanmasıdır.

Qonaqları Müdafiə Nazirliyinin Beynəlxalq Münasibətlər və Avropa Atlantik İnteqrasiyası üzrə Departamentinin sədr müavini İrakli Koçaşvili qəbul edib.

Səfər çərçivəsində Danimarkanın silahlı qüvvələrinin nümayəndələri Birləşmiş Qərargahın sədr müavini, briqada generalı David Nairaşvili və digər şəxslərlə görüşüb.

Danimarkanın nümayəndə heyəti Gürcüstanı martın 19-da tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti