...

Azərbaycan AŞ PA-da referendumun nəticələrinə dair obyektiv və ikili standartlardan kənar müzakirələrin aparılmasının tərəfdarıdır

Siyasət Materials 19 Mart 2009 14:40 (UTC +04:00)
Azərbaycan AŞ PA-da referendumun nəticələrinə dair obyektiv və ikili standartlardan kənar müzakirələrin aparılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan AŞ PA-da Azərbaycan Konstitusiyasına dəyişiklərin edilməsi üzrə referendumun nəticələrinə dair obyektiv və ikili standartlardan kənar müzakirələrin aparılmasının tərəfdarıdır. Bu barədə cümə axşamı jurnalistlərə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının səsvermənin yekunu üzrə açıqladığı ilkin nəticələrə görə, Azərbaycan Konstitusiyasının 29 maddəsinə bütün əlavə və dəyişiklikləri ölkə seçiciləri 87-92 faiz dəstəkləyib.

Seyidovun sözlərinə görə, Azərbaycanda referendum AŞ PA-nın aprel sessiyasında müzakirə olunacaq.

AŞ PA müşahidəçi missiyasının bəyanatında bildirilir ki, referendumun mürəkkəb proses olmasına baxmayaraq, Azərbaycanda səsvermə şəffaf, yaxşı təşkil olunmuş və sakit şəraitdə keçib.

Missiya keçirilən referendumu baş tutmuş hesab edir. "AŞ PA Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da təkmilləşdirməyə çağırır", - deyə bəyanatda bildirilir.

AŞ PA müşahidəçi missiyasının rəhbəri, belçikalı deputat Pol Vili cümə axşamı Bakıda bildirib ki, bəzi dəyişikliklər, şübhəsiz ki, Konstitusiyanın əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə xidmət edəcək

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti