...

Türkiyənin paytaxt sakinləri ölkənin Ermənistanla sərhədlərinin açılmasının tərəfdarı deyil - SORĞU

Siyasət Materials 23 Mart 2009 13:36 (UTC +04:00)
Türkiyənin paytaxt sakinləri ölkənin Ermənistanla  sərhədlərinin açılmasının tərəfdarı deyil - SORĞU

Türkiyə, Ankara, 23 mart / Trend , xüsusi müxbir E.Hüseynli /
 

Türkiyənin paytaxt sakinləri ölkənin Ermənistanla sərhədlərin açılmasının tərəfdarı deyil. Bu, Ankaranın 100 sakini arasında aparılan sorğu nəticəsində bəlli olub.
Trend -un arayışı: Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin açılmasını təsdiqləməsələr də, Ermənistan tərəfi bu məsələnin müzakirə olunduğunu açıqlayıb. Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıc ötən həftə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycanla bağlı siyasətinin dəyişmədiyini deyib.
"Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan məlumatlandırılır və Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addım atmayacaq", - Kılıc bildirib.
Sorğuda iştirak edənlərin 70 faizi Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının əleyhinə olduğunu bildirib. Onlar Ermənistan Türkiyəyə qarşı qondarma soyqırım siyasəti apardığı, həmçinin Azərbaycan torpaqlarını işğal etdiyi üçün, sərhədlərin açılmasının tərəfdarı olmadıqlarını qeyd ediblər.
Sorğunu cavablandıranların 20 faizi isə Türkiyə hökumətinin Ermənistanla sərhədlərin açılmasına qərar verəcəyinə inanmadığını bildirib.
10 faiz respondent isə sorğunu cavablandırmaqda çətinlik çəkdiyini deyib. Sorğuda iştirak edənlərin 50 nəfəri, yəni 50 faizi gənc nəslin nümayəndəsi olub.
Trend -un arayışı : Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma soyqırımın tanınması ilə bağlı anti-türk kampaniyası
və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baı tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti