...

MDB dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanır

Siyasət Materials 30 Mart 2009 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.Abdullayeva / 

MDB dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanır.

MDB İcraiyyə Komitəsindən Trend -a verilən məlumata əsasən, martın 31-i və aprelin 1-də layihəni MDB ekspertləri İcraiyyə Komitəsində ekspert qrupunun iclasında nəzərdən keçirəcəklər.

Layihə ölkələrin sözügedən sferada prinsiplərinin və qarşılıqlı əlaqələrinin razılaşdırılmış rəsmi baxışlarının cəmindən ibarətdir. Layihədə mədəni irsin qorunması, yaradıcılığa dəstək və mədəniyyət industriyasının inkişafı sahələrində əməkdaşlığın prinsipləri yer alır.

Konsepsiyanın həyata keçirilməsi qloballaşma və çoxsaylı tarixi çağırışlar dönəmində MDB ölkələrinin milli mədəniyyətlərinin qorunması istiqamətində səylərin birləşməsi üçün şərait yaradacaq.

Tam razılaşdırıldıqdan sonra layihə təyin olunmuş qaydada MDB ölkələri hökumət şurasında müzakirəyə çıxarılacaq.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti