...

NATO yüklərinin Əfqanıstana daşınması üçün İrandan istifadə olunması bütün tərəflər üçün faydalıdır

Siyasət Materials 3 Aprel 2009 09:00 (UTC +04:00)
NATO yüklərinin Əfqanıstana daşınması üçün İrandan istifadə olunması bütün tərəflər üçün faydalıdır

BMT-nin Əfqanıstandakı missiyasının sabiq rəhbəri Karl Harbo məxsusi olaraq Trend üçün

Ötən cümə axşamı baş tutan NATO-İran dialoqunun uzun müddət ərzində [30 il] ilk təmas olmasına rəğmən mən orada spesifik məsələlərin müzakirə olunduğuna şübhə ilə yanaşıram. Martın 30-da Haaqada İran təmsilçilərinin də iştirak etdiyi Əfqanıstana həsr olunmuş beynəlxalq konfrans da ümumi xarakter daşıyırdı.
Lakin Əfqanıstana yüklərin daşınması üçün NATO-nun istifadə etdiyi Kırğızstandakı "Manas" bazasının bağlanması kontekstində bu yüklərin daşınması üçün alternativ tranzit yolu qismində İranın adı çəkilirdi.  ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi NATO üzvlərinin İranla qeyri-hərbi yüklərin tranzitinə dair fərdi danışıqların aparılmasından ibarət olub. Bəzi ölkələr indi də İranla normal təmaslara malikdirlər və onun ərazisini uzun müddət üçün tranzit məqsədi ilə istifadə ediblər.
İranın qarşılaşdığı əsas problemlərdən biri iqtisadi sanksiyalardır. Konkret olaraq söhbət ABŞ və Avropa dövlətlərinin əksər İran banklarını "qara siyahı"ya salmasından gedir. İran banklarının və kommersiyanın əksər hissəsi hazırda İnqilab mühafizəçiləri Korpusunun (Sepahlar) nəzarətindədir. Lakin niyyət olsa, bu problemlər həll oluna bilər.
Əfqanıstanda yerləşən NATO hərbi qüvvələri gün ərzində 80-90 konteynerə ehtiyac duyurlar. Gələcəkdə isə daha çox lazım olacaq. Əgər İran NATO yüklərinin daşınması üçün alternativ yol qismində istifadə olunsa, bu, bütün tərəflər üçün əlverişli olacaq. Əfqanıstanın qonşusu olan İran vasitəsi ilə yüklərin daşınması Xəzər dənizi yaxud da Karaçi vasitəsi ilə yüklərin daşınmasından daha əlverişlidir.
Müəllifin mövqeyi Trend redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.
Məqalə müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected] 

Xəbər lenti

Xəbər lenti