...

Brüsseldə Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə rəsmi danışıqların birinci mərhələsi baş tutub

Siyasət Materials 3 Aprel 2009 18:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Brüsseldə Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə rəsmi danışıqların birinci mərhələsi baş tutub.

Gürcüstan nümayəndə heyətinə danışıqlarda XİN rəhbərinin birinci müavini David Calaqoniya, Aİ nümayəndə heyətinə isə Avropa komissiyasının beynəlxalq əlaqələr üzrə Baş direktoru Karel Kovanda başçılıq edib.

Görüşdə tərəflər müqavilə layihəsi üzrə öz mövqelərini bildirib.

Tərəflər danışıqların ikinci mərhələsinin iyulun 4-də Tbilisidə keçirilməsində razılığa gəlib. Buna qədər məsləhətləşmələr davam etdiriləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti