...

Qazaxıstan prezidentinin fərmanı ilə hüquq mühafizə orqanlarında bir sıra kadr dəyişiklikləri aparılıb

Siyasət Materials 6 Aprel 2009 12:17 (UTC +04:00)

Qazaxıstan, Astana, 06 aprel / Trend , müxbir K.Arınova /

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Rəşid Tusupbekov ölkənin ədliyyə naziri təyin edilib və baş prokuror vəzifəsindən azad edilib. Bu barədə Ak-Ordının mətbuat xidməti məlumat verir.

Dövlət rəhbərinin digər fərmanı ilə Zaqip Baliyev başqa vəzifəyə keçməsi ilə əlaqədar Qazaxıstanın ədliyyə naziri postundan azad edilib.

Baurjan Məhəmmədcanov respublika parlamenti senatının deputatı təyin edilib və Qazaxıstanın daxili işlər naziri vəzifəsindən azad edilib. Daxili işlər naziri postunu Serik Baymaqanbetov tutacaq.

Ali Məhkəməyə rəhbərlik edən Mami Kayrat Abdrazaqulı baş prokuror təyin edilib.

"Ali Məhkəmə, Baş Prokurorluq, DİN və Ədliyyə Nazirliyində kadr dəyişiklikləri ölkədə vəziyyəti yaxşılaşdırmaq, bütün hüquq mühafizə orqanları sistemlərinin fəaliyyətinin səmərəliliyini qaldırmaq məqsədi daşıyır", - deyə Ak-Ordının məlumatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti