...

Gürcüstana müxalifətlə hakimiyyətin şəffaf dialoqu vacibdir – Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi

Siyasət Materials 9 Aprel 2009 20:32 (UTC +04:00)
Gürcüstana müxalifətlə hakimiyyətin şəffaf dialoqu vacibdir – Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Tbilisidə brifinq zamanı Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi deyib ki, Gürcüstanda keçirilən nümayişlər ölkənin dayanıqlı olmayan ən yeni tarixi fonunda baş tutduğundan tərəfdaşların narahatçılığına səbəb olub. O, qeyd edib ki, Aİ Gürcüstan hökumətinin xahişi ilə aksiyanın monitorinqini keçirib.

"Xahiş hakimiyyət tərəfindən gəldi və biz dünən müxalifət nümayəndələri ilə görüşdük. Onlar da bizim monitorinq keçirəcəyimizdən razı qaldılar", - Semnebi qeyd edib.

Aİ nümayəndəsi qeyd edib ki, hökumət və müxalifət hadisələrin "konstruktiv inkişafını" təmin etməyə hazırdırlar. "Bu gün baş tutan nümayişlər ümidlərimizi doğrultdu. Gürcüstanda transparent şəraitdə açıq danışıqlar lazımdır", - Sennebi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti