...

Potidə Türkiyə və Gürcüstan birgə dəniz təlimlərinə başlayıblar

Siyasət Materials 13 Aprel 2009 15:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Poti limanının akvatoriyasında Türkiyə və Gürcüstan birgə dəniz təlimlərinə başlayıblar.

Gürcüstan sahil mühafizə xidmətinin məlumatına görə, açıq havada keçirilən təlimlərdə 200 nəfərlik ekipaji ilə Türkiyəyə məxsus bir hərbi gəmi və 65 nəfəlik ümumi ekipajı ilə Gürcüstan sahil mühafizə xidmətinin beş gəmisi iştirak edib.

İki ölkənin sahil xidmətinin əməkdaşları taktiki manevrlər, kommunikasiya və axtarış-xilasetmə təlimləri keçirəcələr.

Abxaziyanın silahlı qüvvələrində bu günlərdə həmçinin artilleriya təlim toplantıları keçirilir. Bu təlimlər aprelin 16-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti