...

Ölkədə vəziyyəti təyin etməkdən ötrü AŞ-nin demokratiya məsələləri üzrə baş direktoru Kişinyova gələcək

Siyasət Materials 15 Aprel 2009 16:15 (UTC +04:00)
Ölkədə vəziyyəti təyin etməkdən ötrü AŞ-nin demokratiya məsələləri üzrə baş direktoru Kişinyova gələcək

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir Y.Ostapenko /

Avropa Şurasının (AŞ) demokratiya və siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loran ölkədəki həqiqi vəziyyəti təyin ektmək üçün Kişinyova gələcək.

"Mən Lorandan dərhal Kişinyova getməyi və vəziyyət haqqında məruzə etməyi xahiş etdim", - AŞ-nin Baş katibi Terri Devis deyib.

Moldovada keçirilən və kommunistlərin qalib gəldiyi seçkilərlə bağlı narazılıqlar bir həftədən çox sürən kütləvi aksiyalarla nəticələndi.

"Bir tərəfdən seçici siyahılarını yoxlamaq və səslərin yenidən sayılması təklifi məni ümidləndirdi. Bu, seçkidən sonra üzə çıxan fikir ayrılıqlarını səngitməlidir. Digər tərəfdən isə insan haqlarının pozulması təxminləri və çox sayda insanların, o cümlədən uşaqların tutulması və KİV-in azadlığına qoyulan məhdudiyyətlərlə bağlı təxminlər məni narahat edir", - Devis qeyd edib.

Moldovada aprelin 5-də keçirilən parlament seçkiləri 50 faizdən artıq səs qazanan hakim Kommunist Partiyasının qələbəsi ilə nəticələndi. Müxalifət nəticələrin saxtalaşdırıldığını bildirdiyi halda, beynəlxalq müşahidəçilər ciddi pozuntuların olmadığını və seçkilərin legitimliyini təsdiq etdilər.

7 aprel etirazları Kişinyovda kütləvi iğtişaşlara çevrildi. Prezident iqamətgahı və parlament binası dağıdıldı. 270 nəfərdən artıq insan müxtəlif dərəcəli xəsarətlər aldı. Müxalifətin aksiyaları zamanı mitinqdə iştirak edənlər Rumıniya bayraqları ilə gələrək Moldovanın Rumıniyaya birləşdirilməsini tələb edirdilər. Bundan əlavə prezident rezidensiyasını dağıdanlar binanın girişində Rumıniya bayrağını ucaldıblar.

 

Moldova Mərkəzi Seçki Komissiyası səslərin təkrar sayılmasının aprelin 21-də qurtaracağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti