...

Azərbaycan Daxili İşlər Nazirliyinin şəxsi heyətinin geyim formasının, fərqlənmə nişanlarının verilmə normaları və istifadə müddətlərinə dəyişikliklər edilib

Siyasət Materials 16 Aprel 2009 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Nazirlər Kabineti "Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə" qərara dəyişikliklər və əlavələr edib. Bu barədə cümə axşamı Trend -a Nazirlər Kabinetin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarına dəyişikliklər və əlavə edilməsi haqqında qərardaxili işlər orqanlarının şəxsi heyətinin geyim formasının verilmə normalarının və istifadə müddətlərinin təkmilləşdirilməsi məqsədi ilə DİN-nin Maliyyə, İqtisadi İnkişaf və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təkliflərini nəzərə alınaraq verilib.

Qərara əsasən DİN-in böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim formasının və fərqlənmə nişanlarının verilmə normaları və istifadə müddətlərinə (2 nömrəli norma) dəyişikliklər və əlavələr edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti